Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə 95 875 nəfər doğulan körpələrin 50 914-ü oğlan, 44 961-i isə qız uşaqlarıdır.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.
Bildirilib ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 5953 nəfərdir. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2024-cü ildə 102 310 nəfər doğulan körpələrin 54 221-i oğlan, 48 089-u isə qız uşaqları olub.
Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq isə 6132 nəfər olub. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib. 2024-cü illə müqayisədə 2025-ci ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132-dən 5953-ə düşüb.
Qrafikdən görünür ki, 2022-ci ildən 2026-cı ilədək doğulan qız və oğlan uşaqlarının sayı azalmağa doğru davam edib.