Вернуться назад Распечатать

NATO ölkələri ilk dəfə Ukrayna pilotsuz təyyarəsini vurub

Estoniya ilk dəfə olaraq öz ərazisi üzərində, ehtimal ki, Ukrayna mənşəli olan bir pilotsuz təyyarəni vurub.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Naziri Hanno Pevkur bildirib, ERR məlumat verir.

"Lazımi tədbirləri gördük və Baltikyanı ölkələrin NATO hava məkanı patrul missiyasının qırıcısı bu pilotsuz təyyarəni vurub", - deyə o bildirib.

Nazir bildirib ki, PUA ölkənin cənubundakı Vırtsyarv gölü üzərində vurulub. Hazırda müvafiq qurumlar dronun qalıqlarının düşdüyü yeri axtarır. Pevkuranın sözlərinə görə, dronun qəzasından sonra mülki şəxslərə heç bir ziyan dəyməyib.

Daha əvvəl Estoniya hakimiyyətinin ölkədə hava fövqəladə vəziyyəti elan etdiyi məlum olub. Respublika sakinləri müvafiq bildiriş alıblar.