Вернуться назад Распечатать

“AzərEnerji”, “TotalEnergies” və SOCAR arasında görüş - Foto

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “TotalEnergies” şirkətinin idarəedici direktoru Emmanuel de Guillebon və SOCAR-ın vitse-prezidenti Babək Hüseynov arasında görüş keçirilib.

1xeber.media xəbər verir ki, əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılan görüşdə əsas müzakirə mövzusu Abşeron qaz yatağının ikinci fazası çərçivəsində nəzərdə tutulan qaz emalı zavodunun elektrik təchizatı məsələsi olub.