“On ilə yaxın çalışdığım “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki fəaliyyətimi yeni işə keçməyimlə əlaqədar başa vurdum”.
1xeber.media xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat katibi, tanınmış jurnalist Mehman Mehdiyev bildirib.
“Bu illər mənim üçün böyük təcrübə və həyat məktəbi oldu. ASCO-da çalışdığım müddətdə çox peşəkar və dəyərli insanlarla birlikdə işləmək imkanım oldu.
Birlikdə çalışdığım rəhbərlərə, həmkarlarıma, media nümayəndələrinə və bütün dənizçi dostlarıma təşəkkür edirəm”, - o vurğulayıb.
M.Mehdiyev deyib ki, fəaliyyətini bundan sonra Dövlət Statistika Komitəsində davam etdirəcək.
Əldə etdiyimiz xəbərə görə, o, qurumun mətbuat katibi təyin olunub.