Dövlət Gömrük Komitəsinin itlər üçün quru yem, həmçinin baxım ləvazimatları, aksesuarlar və avadanlıqların satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
1xeber.media Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Xezri Trade” MMC (VÖEN – 3201541771) olub.
Gömrük Komitəsi “Xezri Trade” MMC-dən itlər üçün quru yem (21 158,4 kq), xalta üçün ip (88 ədəd), xalta (88 ədəd), oyuncaq top (176 ədəd), itlərin yemlənməsi və su içməsi üçün qab (176 ədəd) alacaq.
Qeyd olunan məhsullar üçün Gömrük Komitəsi 189 min 859 manat 55 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 min manat olan “Xezri Trade” MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Kosalar kəndi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilov Elmir Həsən oğludur.
Onu da bildirək ki, Gömrük Komitəsi 2024-cü ildə 8 min 96 manat ödəyərək quru it yemi istisna olmaqla, adları qeyd olunan digər məhsulları Şahbazova Ülviyyə Natiq qızından (VÖEN – 1604111992) satın alıb.