Rusiyaya tətbiq edilən sanksiyalar ləğv edilməlidir.
1xeber.media xəbər verir ki, bunu Bolqarıstan Xalq Məclisinin deputatı Angel Georgiyev TASS-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Bolqarıstan qaz və nefti münasib qiymətə almaqda maraqlıdır. O, həmçinin Bolqarıstan ərazisində MiQ-21 təyyarələrinin istehsalı üçün birgə zavodun inşasını müdafiə edib.
“Biz Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin zəruri olduğuna inanırıq. Bolqarıstan parlamentindəki partiyamız [Renessans] bütün sanksiyaların ləğv edilməsi və Bolqarıstanla Rusiya arasında münasibətlərin gücləndirilməsinin vacibliyinə sadiqdir”, - deyə o bildirib.
Bundan əvvəl Macarıstanın yeni Baş naziri Peter Magyar Avropanın Rusiya qazını almağa qayıtması üçün şərt irəli sürmüşdü. “İnanıram ki, müharibə bitdikdə bütün AB Rusiya qazını almağa qayıdacaq, çünki o, daha ucuzdur. Bu, rəqabət və coğrafiya amilləri ilə diktə olunur”, - deyə o qeyd edib.