İran Omanla Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması məsələsi barədə danışıqlar aparıb. ABŞ-ın müttəfiqi olan körfəz dövləti də bu gəlirlərdən pay ala bilər.
1xeber.media xəbər verir ki, bu barədə “Nyu York Tayms” iranlı rəsmilərə istinadla məlumat yayıb.
“Müzakirələr “toll” - yəni keçidin özü üçün alınan və beynəlxalq hüquqa görə qanunsuz sayılan ödənişlərdən yox, “fee” - yəni tranzit edən gəmilərə göstərilən xidmətlərə görə tətbiq olunan rüsumlardan gedir.
ABŞ-ın müttəfiqi olan Oman əvvəlcə İranla boğaz məsələsində tərəfdaşlıq ideyasını rədd etmişdi. Lakin sonradan Maskat rəhbərliyi bu planın ölkəyə fayda verə biləcəyini anlayıb və təşəbbüsü körfəz qonşuları, eləcə də ABŞ-la irəli aparmağa hazır olduğunu bildirib”, - məlumatda bildirilib.