Вернуться назад Распечатать

ABŞ Hizbullaha görə 10 milyon dollar mükafat verir

ABŞ Hizbullahın maliyyələşdirilməsi ilə bağlı məlumata görə böyük mükafat təklif edir.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti özünün X səhifəsində məlumat yayıb.

“Hizbullahın maliyyəsini aşkar edəcək məlumata görə 10 milyon dollara qədər mükafat təyin olunur. Əgər Hizbullahın maliyyə şəbəkələri, liderləri və ya əməliyyatçıları barədə məlumatınız varsa, bunu bizə “Siqnal” vasitəsilə və ya aşağıdakı “Tor” məlumat xətti ilə göndərin. Verdiyiniz məlumat sizi mükafat və ya başqa yerə köçürülmə üçün uyğun edə bilər”, - məlumatda qeyd olunub.