Вернуться назад Распечатать

Rusiya daxilində əsəbilik: Putinə qarşı tənqidlər artır

Moskva Ukraynada tempi itirir, Rusiya daxilində isə əsəbilik və yorğunluq artır.

1xeber.media xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadla məlumat yayıb.

“Ukraynanın PUA istifadəsində artan effektivliyi cəbhə xəttinin arxasında və Rusiya ərazisinin dərinliklərində zərbələrlə müşayiət olunur, bu da Vladimir Putinə qarşı daxili tənqidlərin artmasına səbəb olur. İqtisadi böhran və internet məhdudiyyətləri fonunda bu, adi ruslar arasında müharibə yorğunluğunu artırır. Bu əsəbi əhval-ruhiyyəni Rusiya elitasının bir çox üzvü bölüşür, Kremlin bəzi yüksək vəzifəli rəsmiləri isə münaqişənin həlli üçün heç bir aydın yol olmadan çıxılmaz vəziyyətə düşdüklərinə inanır”, - məlumatda deyilib.