Вернуться назад Распечатать

Prezidentin iqamətgahında axtarış aparıldı

Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.

1xeber.media  xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat verib.

Bildirilib ki, görkəmli şəxsiyyətlərin qalıqlarının Panteona köçürülməsi mərasimi üçün 20 ildən çox müddət ərzində tək bir şirkətə dövlət müqavilələrinin verilməsi faktı ilə bağlı araşdırma aparılır. Marqarita pizza

"Mayın 21-də Parisin maliyyə işləri üzrə iki istintaq hakimi Panteona giriş mərasimlərinin təşkili ilə bağlı araşdırma çərçivəsində Yelisey sarayında axtarış həyata keçiriblər", - deyə nəşrin materialında bildirilib.

Daha əvvəl verilən məlumatlara görə, Fransa hakimiyyəti istintaq çərçivəsində sarayda axtarış aparmağa cəhd edib, lakin uğursuz olub. Həmçinin Milli Abidələr Mərkəzində (müqavilələri paylaşdırır), "Shotcut Events" şirkətinin ofislərində (2002-ci ildən 2024-cü ilə qədər Panteonda mərasimlər təşkil edib) və iş üzrə bir neçə fiqurantın evlərində axtarışlar aparılıb. Fransanın maliyyə üzrə antikorrupsiyaya briqadası "Shotcut Events" şirkəti ilə bağlanmış müqavilələri təftiş edib./Oxu.az