Вернуться назад Распечатать

ABŞ 3 gün ərzində İrana zərbələr endirə bilər - KİV

ABŞ administrasiyası yaxın 3 gün ərzində İrana qarşı mümkün yeni hərbi əməliyyatlara hazırlaşır.

1xeber.media xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Pentaqon və ABŞ kəşfiyyat icmasının bəzi nümayəndələri mümkün hücum ehtimalına görə ABŞ-da mayın 25-də qeyd olunacaq Anım Günü münasibətilə nəzərdə tutulan üç günlük istirahət planlarını ləğv ediblər.

Qeyd olunub ki, Pentaqon və kəşfiyyat rəsmiləri də ABŞ-ın xaricdəki obyektlərindəki şəxsi heyətinin siyahılarını yeniləməyə başlayıblar. Bu addım ABŞ-ın Yaxın Şərqdəki iştirakının azalması və İran tərəfindən mümkün cavabla bağlı narahatlıqlarla əlaqədardır.

CBS vurğulayıb ki, cümə axşamı İrana qarşı yeni zərbələrlə bağlı yekun qərar qəbul edilməyib.