Вернуться назад Распечатать

Nyu Yorkda güclü partlayış: xəsarət alanlar var

ABŞ-ın Nyu York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış baş verib.

1xeber.media xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilib ki hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi vurğulanıb.

Partlayışın səbəbləri araşdırılır.