Вернуться назад Распечатать

Vuçiç mayın 24-28-də Çinə səfər edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 24-28-də Çinə rəsmi səfər edəcək.

1xeber.media xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Vuçiç Çin lideri və Dövlət Şurasının Baş naziri Li Tsyanla danışıqlar aparacaq.

Onun səfəri çərçivəsində 30-dan çox saziş, həmçinin Çin şirkətləri ilə bir neçə müqavilə imzalanacaq