Вернуться назад Распечатать

Çin İran-ABŞ razılaşması ilə bağlı açıqlama verdi

Çin Xarici İşlər Nazirliyi Pakistan Ordusunun rəisi Asim Munirə istinadən İran və ABŞ arasında münaqişənin həlli üçün razılaşma əldə olunmağa yaxın olduğunu bildirib.

1xeber.media xəbər verir ki, Pakistan Ordusunun rəisi Asim Munirə istinadən Çin Xarici İşlər Nazirliyi bildirib.

Xəbər verildiyi kimi, 25 mayda Pekində Pakistan hərbi komandanı ilə Çin xarici işlər naziri Vanq Yi arasında görüş keçirilib.

Görüşdən sonra Çin Xarici İşlər Nazirliyi bildirib ki, "Munir ABŞ və İran arasında vasitəçilik sahəsindəki son uğurlardan danışaraq razılaşmanın əldə olunmağa yaxın olduğunu bildirib".

Çin Xarici İşlər Nazirliyi Munirin Pakistanın sülhə nail olmaq üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqlədiyini açıqlayıb.

Vanq Yi öz növbəsində Pakistanın bütün tərəflərin etimadını qazanan ixtisaslı vasitəçi olduğunu vurğulayıb.