Вернуться назад Распечатать

Xətaidə "28 may- Müstəqillik Günü" və Qurban Bayramı münasibətilə konsert keçiriləcək

Hörmətli Xətai rayon sakinləri və səhifə izləyiciləri!

26 may 2026-cı il saat 18:00-da Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə "28 may- Müstəqillik Günü" və Qurban Bayramı münasibətilə keçiriləcək konsert proqramına baxmağa hər birinizi dəvət edirik!
1xeber.media xəbər verir ki,bu barədə Xətai rayon icra hakimiyyəti əhaliyə çağırış edib.