Вернуться назад Распечатать

"ABŞ üçün Yaxın Şərqdə təhlükəsiz yer qalmayacaq" - Xamenei

"ABŞ artıq Yaxın Şərq ölkələrindən regiondakı hərbi bazaları üçün qalxan kimi istifadə edə bilməyəcək və tək bir sığınacaq tapa bilməyəcək".

1xeber.media xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Müctəba Xamenei sosial şəbəkə hesabında yazıb.  

"Bir şey dəqiqdir: zamanın əli geri dönməyəcək və region xalqları və ölkələri artıq Amerika bazaları üçün qalxan rolunu oynamayacaq. ABŞ-nin regiondakı intriqaları və hərbi bazaları üçün artıq təhlükəsiz sığınacağı olmayacaq, həm də hər gün getdikcə daha çox mövqe itirir",- o, qeyd edib.

O cümlədən, Xamenei bütün problemləri birgə həll etmək üçün bütün müsəlman ölkələrini "dostluğa, əməkdaşlığa və qarşılıqlı dəstəyə" çağırıb.