Вернуться назад Распечатать

Deputatın şirkəti Dövlət Xidmətindən 1 ayda 5,1 milyonluq sifariş alıb

Mebel sahəsində fəaliyyət göstərən "Foriella" şirkəti cari ildə 4-cü tenderin qalibi seçilib. 

1xeber.media Qaynarinfoya istinadla xəbər verir ki, şirkət bu dəfə də Dövlət Sərhəd Xidmətinin (DSX) odun sobalarının satın alınması ilə bağlı keçirdiyi tenderdə qalib olub. 
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 126 850 manatdır. 
"Foriella” MMC bundan əvvəl də DSX-nin iki tenderinin qalibi seçilib. Tenderlərdən biri mebel inventarları və avadanlıqların satın alınması, digəri isə mebel invertarlarının əsaslı təmiri ilə bağlı keçirilib. Hər iki tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 063 942,86 manat təşkil edir. 
"Foriella”nın 2026-cı ildə qalib gəldiyi digər tenderi isə Mənəvi Dəyərlərin Təbliği Fondu keçirib. Satınalma predmeti "hər məsciddə kitabxana” layihəsi çərçivəsində kitab rəflərinin hazırlanması və ölkə üzrə çatdırılması olan bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri  138 113,1 manat təşkil edir. 
"Foriella" MMC 17 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 000 000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yeləşir. MMC-nin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.
Mediada gedən məlumatlara görə, şirkətin sahibi deputat Məşhur Məmmədovdur. Azərbaycanda fəaliyyət göstərən başqa bir mebel şirkəti – "Embawood” MMC də Məşhur Məmmədova bağlı biznes subyekti kimi tanınır. 
Məşhur Məmmədov deputatdır. O, 2020-ci ildən Milli Məclisdə 74 saylı Masallı seçki dairəsini təmsil edir.