Вернуться назад Распечатать

ABŞ İrana hücum edib - KİV

ABŞ qüvvələri İran ərazisindəki naməlum bir obyektə hücum edib.

1xeber.media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. 

Kanal ABŞ rəsmisinə istinadən bildirib ki, "Hədəf Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan bir obyekt olub".

Nəşrdə obyektin təbiəti, yeri və ya zərbələrin nəticələri göstərilmir. Bundan əlavə,  ABŞ ordusu İran ərazisindən buraxılan dronları da vurub.