Вернуться назад Распечатать

Rusiya ilə aramızda mübahisəli məsələ... - Tokayev

Qazaxıstanla Rusiya arasında mübahisəli heç bir məsələ yoxdur.

1xeber.media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Qazaxıstan üçün Rusiya ilə yaxın və dostluq əlaqələri çox vacibdir. Rusiya və Qazaxıstan çoxlu ortaq cəhətləri olan dost və qardaşdırlar”, - Tokayev bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.