Вернуться назад Распечатать

Rumıniyada pilotsuz təyyarə yaşayış binasına düşüb

Rumıniyanın şərqindəki Qalatsi şəhərində yaşayış binasına pilotsuz uçuş aparatı (PUA) çırpılıb.

1xeber.media xəbər verir ki, dron binaya dəyəndə partlayış baş verib. Hadisə nəticəsində mənzillərdən birində yanğın baş verib və iki nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını söndürüblər.

Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri zədələnmiş binadan təxminən 70 sakini təxliyə edib.