Вернуться назад Распечатать

Orban Macar hökumətini Ukraynada bitərəf qalmağa çağırdı

Macarıstanın keçmiş Baş naziri Viktor Orban yeni Baş nazir Peter Magyarın hökumətini Ukraynadakı münaqişədə neytral qalmağa çağırdı.

1xeber.media xəbər verir ki, o, bunu öz Facebook səhifəsində yazıb.

Hadisəyə Rumıniyanın Qalati şəhərində pilotsuz uçuş aparatının (PUA) çoxmərtəbəli binaya düşməsi səbəb olub. Buxarest hadisəyə görə Moskvanı günahlandırıb.

Bəyanatda deyilir: "Qonşu Rumıniyaya dron hücumunun qurbanlarına başsağlığı veririk. Bu hadisə müharibənin qonşu ölkələr üçün birbaşa təhlükə yaratdığını təsdiqləyir. Buna görə də Macarıstan hökumətini əvvəlki hökumət tərəfindən müəyyən edilmiş neytrallıq siyasətinə sadiq qalmağa və müharibəyönlü Avropaya doğru heç bir addım atmamağa çağırırıq".

Bundan əvvəl Magyar dronun yaşayış binasına düşməsi ilə əlaqədar Rumıniya ilə həmrəylik ifadə etmiş və hadisədə əsassız olaraq Rusiyanı ittiham etmişdi.