Вернуться назад Распечатать

Polis bir gündə 25 cinayətin üstünü açdı

1xeber.media xəbər verir ki, Azərbaycan polisi tərəfindən iyunun 8-də ölkə ərazisində qeydə alınan cinayət hadisələrinin operativ açılması istiqamətində tədbirlər davam etdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 8-də qeydə alınan 25 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin axtarışda olan şəxslərin saxlanılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 193 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Məlumata əsasən, narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 14 fakt qeydə alınıb.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

DİN-dən bildirilib ki, ölkə ərazisində ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.