Вернуться назад Распечатать

Abşeronda sürücülər arasında baş verən insidentlə bağlı tədbir görüldü

1xeber.media xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində iki sürücü arasında baş vermiş insident polis əməkdaşları tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 7-də “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş verən hadisə ilə bağlı müvafiq araşdırmalar aparılıb.

Araşdırma zamanı “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyevin şəxsiyyəti müəyyən edilərək saxlanılıb. Həmçinin həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Bildirilib ki, sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.