Вернуться назад Распечатать

Sel Laza yolunu bu hala saldı

Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan vurub.

1xeber.media-nın  məlumatına görə, Qəbələnin Dəmiraparan çayından keçən güclü sel yolun bir hissəsini tamamilə yararsız vəziyyətə salıb.

Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı əməkdaşları əraziyə baxış keçirib, yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində tədbirlər görülür.