Вернуться назад Распечатать

İran ABŞ helikopterini səhvən vurduğunu açıqladı

Xəbər verdiyimiz kimi, ABŞ Hörmüz boğazı üzərində ona məxsus "Apache" helikopterinin vurulmasından sonra İrana qarşı hərbi əməliyyatlara başladığını elan edib.

1xeber.media xəbər verir ki, İran mətbuatına istinadən xəbər verir ki, İslam Respublikası helikopterin qəsdən vurulmadığını açıqlayıb.

İran xarici işlər nazirinin müavini "Əl-Cəzirə"yə verdiyi açıqlamada İranın Hörmüz boğazı üzərində ABŞ helikopterini qəsdən hədəfə almadığını bildirib.

O, əlavə edib ki, Hörmüz boğazında hökm sürən gərgin atmosfer səbəbindən bu cür hadisələrin təsadüfən baş vermə ehtimalı var.