Вернуться назад Распечатать

Abramoviç Kiyevlə danışıqlarda bu funksiyaları yerinə yetirir

Rusiya oliqarxı Roman Abramoviçin Ukrayna ilə Rusiya arasındakı danışıqlarda hansı funksiyaları yerinə yetirdiyi məlum olub.

1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın "Vajnıye İstorii" nəşri yazıb.

Nəşr qeyd edir ki, Ukrayna hələ müharibə başlamamışdan əvvəl Rusiya ilə dialoq üçün vasitəçi tapmağa çalışırdı. Çünki Kiyev Kreml tərəfindən bu məqsədlə təyin olunmuş şəxslərlə işləməkdə özünü rahat hiss etmirdi.

Məhz buna görə də vasitəçi kimi Roman Abramoviç seçilmişdi. Səbəb isə hakimiyyətə yaxın digər rusiyalı iş adamları ilə müqayisədə onun daha yüksək empatiya qabiliyyətinə malik olması idi.

Genişmiqyaslı işğalın ilk günündə Abramoviç şəxsən Vladimir Putin ilə görüşərək danışıqlarda iştirak etmək üçün onun razılığını alıb. Bir neçə gün sonra isə o, ilk dəfə Ukrayna nümayəndələri ilə görüşüb.

Həmin vaxt tərəflər belə bir razılığa gəliblər ki, Abramoviç neytral vasitəçi kimi çıxış edəcək və sülh yolu ilə həll variantlarının axtarışı prosesinin qurulmasına kömək göstərəcək.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski ilə rusiyalı oliqarx Roman Abramoviç arasında Kiyevdə görüş keçirildiyi xəbəri yayılıb.