Вернуться назад Распечатать

"Ermənistanda seçkilər görünməmiş təzyiq altında keçirildi" - Zaxarova

Ermənistandakı seçkilər müxalifətə görünməmiş təzyiq və Qərb ölkələrinin müdaxiləsi ilə müşayiət olunub.

1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.  

"Müxalifətə görünməmiş təzyiq. Bir tərəfdən, bu, Ermənistan hökuməti tərəfindən açıq şəkildə bir konsepsiya kimi həyata keçirilən bir şeydir. Qərbin müdaxiləsi də, mənim fikrimcə, seçki prosesləri kontekstində bu bölgə üçün görünməmişdir", - deyə o, "Sputnik Radiosu"nda bildirib .

Bundan əvvəl, iyunun 9-da Ermənistan Baş Prokurorluğu iş adamı və müxalifətdəki Çiçəklənən Ermənistan partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açıb.

ATƏT müşahidəçiləri ilkin hesabatlarında Baş nazir Nikol Paşinyanın parlament seçkiləri kampaniyası zamanı müxalifət namizədlərinə qarşı təhdidlər etdiyini qeyd ediblər.