ABŞ İrana qarşı münaqişədə təkcə hərbi deyil, strateji qələbə qazanmalıdır.
1xeber.media xəbər verir ki, bunu Avstraliyanın keçmiş müdafiə və xarici işlər naziri və Avstraliyanın Vaşinqtondakı keçmiş səfiri Dennis Riçardson Bloomberg-ə verdiyi müsahibədə bildirib.
"İran hərbi məğlubiyyətə uğradı, lakin hərbi cəhətdən uduzmaq və yenə də strateji qələbə qazanmaq mümkündür", - deyə o qeyd edib.
O əlavə edib ki, Tehran bu gün Yaxın Şərqdə iki il əvvəlkindən daha az güc nümayiş etdirmək qabiliyyətinə malikdir və onun iki "terrorçu əlaltısı" - HƏMAS və Hizbullah - xeyli zəifləyib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media səhifəsində İrana zərbələri başa vurduğunu elan etmişdi. Zərbələr hava hücumundan müdafiə vasitələrini və Hörmüz boğazı yaxınlığındakı radar məntəqəsini hədəf alıb.