Вернуться назад Распечатать

İstanbulda bir evdən 42 ilan çıxdı

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Təbiəti Qoruma və Milli Parklar Baş İdarəsi (DKMP) İstanbulda evdə keçirilən əmıəliyyatda 42 ilanı müsadirə edib. 

1xeber.media xəbər verir ki, hadisə şəhərin Çatalca səmtində mənzillərin birində qeydə alınıb. 

İlanları icazəsiz saxlayan şəxs isə  cərimələnib.

"Yoxlamalar zamanı lazımi icazələri olmayan 18 piton ilanı, 21 Misir ilanı və 3 kral ilanı aşkar edilib. İlanlar müsadirə edilərək komandalarımız tərəfindən mühafizə altına alınıb. Əlaqəli şəxsə inzibati cərimə tətbiq edilib. Vəhşi heyvanların icazəsiz saxlanmasına qarşı yoxlamalarımızı qətiyyətlə davam etdirəcəyik", - deyə DKMP-nin yaydığı açıqlamada bildirilib.