Вернуться назад Распечатать

Moskva ABŞ və İrana çağırış etdi

Moskva ABŞ və İranı təmkinli olmağa çağırır və mülki infrastruktura hücumların qəbuledilməz olduğunu xatırladır.

1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya daim və prinsipial olaraq suveren dövlətə qarşı təcavüz aktı törətmiş ABŞ və İsrailin əsassız olaraq təhrik etdiyi İran ətrafındakı mövcud böhranın sırf diplomatik yolla həll edilməsinin zəruriliyinə inanır. Biz bu mövqeyimizi bütün səviyyələrdə Amerika tərəfinə müntəzəm olaraq çatdırırıq. Danışıqlar prosesinin davam etməsinə baxmayaraq, vəziyyət son dərəcə qeyri-sabit olaraq qalır”, - o bildirib.