Вернуться назад Распечатать

İsrail PUA-nı saniyələr içində vuran lazer hazırladı

İsrailin “Esh-Tech” şirkəti dəqiqədə 30-dan çox PUA məhv edə bilən “DroneLight” adlı lazer sistemi hazırlayıb.

1xeber.media xəbər verir ki, bu barədə “Defenseromania.ro” saytı məlumat yayıb.

Məlumata görə, yeni sistem 15-19 iyun tarixlərində Parisdə keçiriləcək “Eurosatory” sərgisində təqdim olunacaq.

Bildirilib ki, “DroneLight” 10 millisaniyəlik impulsla böyük həcmdə enerjini hədəfə yönəldərək onu sıradan çıxarır:

“Nəticələr 20-dən çox dron üzərində əldə edilib. 5 Hz impuls tezliyi nəzərə alınmaqla, DroneLight sisteminin bir PUA-nı vurması bir-iki saniyə çəkir. “DroneLight”ın enerji sərfiyyatı da xeyli aşağıdır. Belə ki, ənənəvi lazer sistemləri üçün 20 kilovatdan çox enerji tələb olunduğu halda, bu sistem təxminən 4 kilovat enerji ilə işləyir”.