Вернуться назад Распечатать

Ermənistanın Aİİ üzvlüyü ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılmalıdır – Lavrov

Ermənistan artıq Avropa İttifaqına (Aİ) qoşulmaq haqqında qanun qəbul edib, ona görə də Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi "həll yolundadır".

1xeber.media xəbər verir ki, bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünün ardından verib.

"Bilirsiniz, Ermənistan artıq Aİ-yə qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ artıq həll yolundadır... Əlbəttə ki, bu məsələyə təcili şəkildə baxılmalıdır", - deyə nazir vurğulayıb.

Qeyd olunur ki, bu baxımdan Ermənistan rəhbərliyinin AİB-dən çıxmaq istəməməsi ilə bağlı açıqlamaları ziddiyyətli görünür.

Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Rusiya ilə münasibətlərinin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirmişdi. O, qeyd edib ki, hər iki tərəf suverenliyə və müstəqil qərar qəbul etmək hüququna hörmət etməlidir.