Azərbaycan Dəmir Yolları Bakı-Tiflis qatarı ilə səyahət etmək istəyənlərin sayının çox olması səbəbindən qatarlara əlavə vaqonlar qoşacaq.
1xeber.media xəbər verir ki, qurum bununla bağlı açıqlama yayıb.
Məlumatda deyilir ki, ADY yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir. “Tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək”.
Maraqlıdır, ADY təlabatın çox olduğunu, buna görə, əlavə vaqonlar qoşmaq niyyətni qeyd etsə də, qiymət məsələsində hər hansı bir addım atmır. İlk gündən biletləri 81 manata satacağını vəd edən qurum, təlabatı bəhanə edərək, onu az qala təyyarə qiymətinə qədər qaldırıb.
Görünən odur ki, ADY yerdə qatarlarına əlavə vaqonlar qoşur. Amma qiymətləri “göylə gedir”.