Вернуться назад Распечатать

"Mən diktator deyiləm" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko artıq diktator adlandırılmadığını qeyd edib. 

1xeber.media xəbər verir ki, o, bunu "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə bildirib.

"Mən diktator deyiləm, çünki heç kimə bir şey diktə etmək üçün resurslarım yoxdur", - deyə o qeyd edib. 

Lukaşenkonun sözlərinə görə, Avropa liderlərindən heç biri onu diktator adlandırmır.