Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
1xeber.media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülür.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.