Вернуться назад Распечатать

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla iyunun 17–19-da Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə 1xeber.media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.