Вернуться назад Распечатать

Ukraynanın bombardmançı təyyarəsi qəzaya uğradı - Ölənlər var

Ukraynanın Xmelnitski bölgəsində Su-24M bombardmançı təyyarəsi qəzaya uğrayıb. 

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. 

 Təyyarənin ekipajı (pilot və şturman) hadisə yerində həlak olublar: "Təəssüf ki, hər iki pilot həlak olub. Mayor Boqdan Qriqoriyeviç Zaqarulko və baş leytenant Boqdan Aleksandroviç Babenkonun ailələrinə dərin hüznlə başsağlığı veririk. Onlar son nəfəslərinə qədər ölkəmizi müdafiə ediblər".

Qəzanın səbəbləri araşdırılır.