İtaliyanın Baş naziri Corcia Meloni bir ay əvvəl siqareti tərgitdiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində digər liderlərlə söhbəti zamanı danışıb.
Məlumata görə, söhbət zamanı Meloni qəhvə içmək istədiyini deyib. Buna cavab olaraq Almaniya kansleri Fridrix Merz zarafatla ondan siqaret də istəyib-istəmədiyini soruşub.
“Xeyr, mən tərgitmişəm”, – Meloni cavab verib.
Qeyd edək ki, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Meloniyə siqareti tərgitməyi məsləhət görmüşdü.