Вернуться назад Распечатать

"Azərbaycanda yüksək sürətli internetin əlçatanlığı təmin edilib" - Nazir müavini

"Azərbaycanın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməkdir. Son illərdə bu istiqamətdə kifayət qədər böyük işlər görülüb, rəqəmsal infrastruktura böyük investisiyalar yatırılıb, Azərbaycanda yüksək sürətli internetin əlçatanlığı tam şəkildə təmin edilib".

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşması prosesi davam etdirilib, eyni zamanda yeni məlumat mərkəzlərinə və rəqəmsal platformalara investisiyalar yatırılıb.