Вернуться назад Распечатать

Kürdəmirdə tibb işçilərinin peşə bayramı qeyd olunub

1xeber.media xəbər verir ki,səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elşən Həsənli rayonda fəaliyyət göstərən səhiyyə işçiləri ilə görüşüb. 

Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan görüşdə "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov və kollektivi, rayonun Psixiatriya Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin və Kürdəmir Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının əməkdaşları iştirak ediblər.

İşçiləri peşə bayramı münasibəti ilə təbrik edən Elşən Həsənli ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısından söz açıb. İcra başçısı sonda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup səhiyyə işçisinə fəxri fərmanlar təqdim edib.