Вернуться назад Распечатать

Ağdamda 17 İyun-Tibb işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

Ağdam rayon Heydər Əliyev Mərkəzində 17 iyun-Tibb işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib.

1xeber.media xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Kamil Həsənov, səhiyyə işçiləri və ziyalılar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın, dünyasını dəyişmiş tibb işçilərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tibb işçilərini təbrik edərək Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolundan, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində milli səhiyyə sistemimizin sürətlə müasirləşməsindən bəhs etmişlər.

Tədbirdə əhaliyə göstərdikləri nümunəvi tibbi xidmətlərə görə bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən təltif edilmişdir.