Ermənistan üç ildir KTMT-də üzvlük haqqını ödəmir.
1xeber.media xəbər verir ki, bunu KTMT-nin baş katibi Tələtbek Masadikov bildirib.
"Ermənistan de-fakto təşkilatın işində praktiki olaraq iştirak etmir, halbuki de-yure KTMT-nin tamhüquqlu üzvüdür. KTMT üzv dövlətləri Ermənistanın statusunu və üzvlük haqqının ödənilməməsi halında səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edirlər. Bəli, bu məsələ müzakirə olunur.
Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və orada xarici işlər nazirləri bu məsələni ətraflı müzakirə etdilər", - deyə o qeyd edib.