Вернуться назад Распечатать

Qərb münaqişəni dondurmaq istəyir, məqsədi isə budur

Avropa Ukraynadakı münaqişəni dondurmaq və ora Böyük Britaniya ilə Fransanın rəhbərlik etdiyi “İstəklilər koalisiyası”nın hərbi kontingentlərini yerləşdirmək istəyir.

1xeber.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Avropa Birliyinin məqsədi Rusiya ilə danışıqlar aparmaq deyil, Vladimir Zelenski hakimiyyətini qoruyub saxlamaqdır.

“Bunun üçün Avropa paytaxtlarında cəbhədə Ukrayna Silahlı Qüvvələrinin çökməsinin qarşısını almaq məqsədilə mümkün qədər tez atəşkəsə nail olmaq istəyirlər. Münaqişəni onun əsas səbəblərini aradan qaldırmadan dondurmaq və dərhal Böyük Britaniya–Fransa “İstəklilər koalisiyası”nın hərbi kontingentlərini Ukraynaya yerləşdirmək niyyətindədirlər”.