Вернуться назад Распечатать

"İnsanlarda media savadlılığını artırmaq lazımdır" - Deputat

"İnsanlarda media savadlılığını artırmaq lazımdır. Biz dezinformasiyaya qarşı effektli mübarizədən danışırıqsa, "Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var".

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.

"Hesab edirəm ki, vahid platformada birləşdirilən bizim media qurumumuz bunu nəzərə almalıdır", - deyə deputat bildirib.