Вернуться назад Распечатать

Zabratda qəribə yol qəzası - Video

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

1xeber.media xəbər verir ki, iyunun 17-si baş verən hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Bəylər Süleymanlının idarə etdiyi 10-MP-026 dövlət nömrə nişanlı “Mercedes” və Vahid Calalaovun sürdüyü BYD markalı, 99-QE-967 dövlət nömrə nişanlı avtomobillər dar yolda toqquşub. Nəticədə, “Mercedes”in sürücüsü xəsarət alıb.

Qəza görüntülərindən avtomobillərin dar yolda sürətlə hərəkət etməsi məlum olur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.