Вернуться назад Распечатать

Polşa prezidenti Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı xəbərdarlıq edib

1xeber.media xəbər verir ki, Polşa prezidenti Karol Navrotski sosial mediada bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması Polşa kənd təsərrüfatı üçün təhlükə yaradacaq.

"Ukraynanın Aİ-yə daxil olması Polşa kənd təsərrüfatı üçün təhlükə yaradır", - deyə ölkə lideri vurğulayıb.

Navrotski "Polşa fermerlərinə və Polşa kənd təsərrüfatı məhsullarına qarşı yaxşı münasibəti qorumağa" davam edəcəyinə əminlik bildirib.

Bir müddət əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynanın Aİ-yə qoşulması üçün illər lazım olacağını bildirmişdi.