Braziliyanın əfsanəvi futbolçusu, “Qızıl top” mükafatı laureatı Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.
1xeber.media xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.
Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.
Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı.