Вернуться назад Распечатать

Rusiyanın bir bölgəsi FPV-dron hücumuna məruz qalıb

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonuna FPV dronları ilə hücum edib.

1xeber.media xəbər verir ki, Rusiya vilayətinin qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçuk bu barədə Telegram-da məlumat verib.

Onun sözlərinə görə, bir mülki şəxs ölüb, digər bir qadın yaralanıb. O, tibbi yardım üçün xəstəxanaya aparılıb.

Kovalçuk deyib: "Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ailəyə bütün lazımi yardım və dəstəyi göstərəcəyik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq".

Əvvəllər Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinin Trubçevsk şəhərinə hücumu zamanı 11 yaşlı uşağın yaralandığı bildirilirdi. Oğlan xəstəxanaya aparılıb.