Вернуться назад Распечатать

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb — Həbs olunanlar var

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavoduna məxsus 12,575 ton A-95 markalı benzin oğurlanıb.

Bu cinayət əməlinə görə üç nəfər məsuliyyətə cəlb olunub.

Əvvəllər də məhkum olunmuş şəxslərin törətdiyi cinayət nəticəsində zavoda ümumilikdə 24.458,62 manat xiyan dəyib.

Məlum olub ki, cinayətkarlar 95 markalı benzin yanacağının nəqli üçün nəzərdə tutulmuş neft kəmərinin kompleks hissəsi olan 200 mm-lik diametrli boruya müdaxilə ediblər. Borunu deşərək 20 metr uzunluğunda plastik boru çəkən şəxslər, kran bağlayaraq hissə-hissə benzini oğurlayıblar.

Ötən ilin fevralında törədilən bu işə görə saxlanılan cinayətkar qruplaşma üzvlərinin artıq məhkəmə prosesi başa çatıb. (xitab 24.az)