İyunun 21-də Moskva meri Sergey Sobyaninin “Telegram” kanalı haker hücumuna məruz qalıb.
1xeber.media Rusiya mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında merin kanalında “Moskva yanacaq”, “Slava Ukraine” kimi ismarışlar, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün ianə kampaniyasına keçidlər paylaşılıb.
İsmarışlar təxminən 40 min abunəçisi olan “Sergey Sobyanin. Şəxsi bloq” kanalında paylaşılıb (Sobyaninin 358 min abunəçisi olan daha bir kanalı var - red.).
Qısa müddət sonra “Telegram” kanalı bağlanıb. Səhərə yaxın kanal bərpa edilsə də, merin yalnız iyunun 17-dək olan əvvəlki paylaşımları qalıb.
Qeyd edək ki, bu hücumlar Sobyaninin ad gününə təsadüf edib. Onun 68 yaşı tamam olub.

